BAKI, 28 iyul. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin bu ilin noyabr ayında Qırğızıstana rəsmi səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Qırğızıstandakı səfiri Sergey Vakunov "Qırğızıstan Sözü" qəzetinə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak edəcək.