BAKI, 26 iyul. TELEQRAF

Türkiyənin iki hərbçisi yüksək hərarət səbəbindən vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İsgəndərunda 7 əsgər yüksək hərarətlə müalicə müəsssisinə yerləşdirilib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

"Yüksək hərarət səbəbindən Semih Ərdoğan və Halit Karaman şəhidlik zirvəsinə ucalıblar", - deyə məlumatda deyilir.