BAKI, 25 iyul. TELEQRAF

Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts ABŞ Konqresmeni Bred Şnayderlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Görüşdə Ermənistan ilə ABŞ arasında əməkdaşlığın inkişafı, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistanın qonşu ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikir mübadiləsi aparıblar.