BAKI, 24 iyul. TELEQRAF
An-24 təyyarə qəzasında həlak olan Xabarovsk vilayəti sakinlərinin hər birinin ailəsinə 1 milyon rubl təzminat veriləcək.
Teleqraf xəbər verir ki, bu barədə vilayət qubernatoru Vasili Orlova bildirib.
***
11:09
Amur vilayətində itkin düşən "Angara" şirkətinə məxsus Xabarovsk-Blaqoveşensk-Tinda marşrutu üzrə hərəkət edən An-24 təyyarəsinində səyahət edən 49 şəxs həlak olub.
Teleqraf xəbər verir ki, ölənlərin 6-sı ekipaj üzvü, 43-ü isə sərnişindir.
Qeyd olunur ki, hazırda xilasetmə işləri aparılır.
***
10:47
Amur vilayətində itkin düşən An-24 təyyarəsinin qəzaya uğradığı yer tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
10:02
Rusiyanın Amur vilayətində 49 nəfərin olduğu sərnişin təyyarəsi ilə əlaqə itib.
Teleqraf xəbər verir ki, bu barədə Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib.
O qeyd edib ki, "Angara" aviaşirkətinə məxsus An-24 təyyarəsi Tında şəhəri yaxınlığında radarlardan itib.
"Təyyarədə 43 sərnişin, o cümlədən 5 uşaq və 6 heyət üzvü olub",- qubernator deyib.