BAKI, 23 iyul. TELEQRAF

ABŞ-nin Pensilvaniya ştatında xristian gənclər mərkəzinin sabiq direktoru məktəbli qızları duş otağında pusduğu üçün həbs edilib.

Teleqraf xəbər verir ki, məlumatı "WNEP-TV" yayıb.

51 yaşlı Daniel Rid 2024-cü ilin dekabrında keçmiş tələbəsi onu cinsi qısnamada ittiham etdikdən sonra 13 il işlədiyi gənclər mərkəzindən qovulub. İddialara baxmayaraq, o, cinayət məsuliyyətinə cəlb edilməyib.

Mərkəzdə işləyərkən D.Rid həmişə ofisinin qarşısındakı kiçik otağı bağlı saxlayır və heç kimi içəri buraxmırmış. İşdən çıxarıldıqdan bir neçə ay sonra işçilər keçmiş direktorun masasından həmin otağın açarını tapıblar. Məlum olub ki, güzgünün arxasına keçən divarda qızların duş kabinəsində açılmış kiçik dəlik varmış. Ridin duş qəbul edərkən məktəbli qızları izlədiyi və onları gizli kamera ilə lentə aldığı iddia olunur.