BAKI, 22 iyul. TELEQRAF

Lazım olarsa, ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Social Truth" sosial şəbəkəsində yazıb.

"Xarici işlər naziri Abbas Əraqçi İranın nüvə obyektləri haqqında deyib: "Dəymiş ziyan çox ciddidir, onlar dağıdılıb". Əlbəttə, mən də bunu deyirdim və lazım gələrsə, biz bunu yenidən edəcəyik!" - paylaşımda deyilir.