BAKI, 22 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin dayandırılması üçün fəal şəkildə işləməyə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün ənənəvi brifinqdə bildirib.
“O, Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün fəal şəkildə işləməyə davam edir”, - mətbuat katibi deyib.