BAKI, 21 iyul. TELEQRAF

Cənubi Koreyada leysan yağışları və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə nəticəsində daha 9 nəfər itkin düşüb.

İyulun 16-da ölkədə güclü yağışlar başlayıb, bundan sonra 15 böyük şəhər və əyalətdə 14 mindən çox insan təxliyə edilib.