BAKI, 19 iyul. TELEQRAF

Avstraliya hökuməti M1A1 Abrams döyüş tanklarının ilk partiyasının Ukraynaya təhvil verilməsini başa çatdırıb.

Teleqraf “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Ukrayna hökumətinin sorğusuna cavab olaraq, Avstraliya Ukrayna xalqının Rusiyanın qanunsuz və əxlaqsız işğalına qarşı mübarizəsini gücləndirməyə kömək etmək üçün 49 Abrams tankı verir”, - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyi aydınlaşdırıb ki, Ukraynaya vəd eedilən tankların yarıdan çoxu verilib və qalan döyüş maşınlarının təhvil verilməsi yaxın aylarda baş tutacaq.

“M1A1 Abrams tankları Ukrayna Silahlı Qüvvələrinə əlavə güc verəcək, eləcə də Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsinə mühüm töhfə verəcək”, - Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib.