BAKI, 19 iyul. TELERQAF

Latviya hakimiyyəti Avropa İttifaqında daimi rezident statusu almamış Rusiya vətəndaşlarının ölkəni tərk etmələrini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə LETA məlumat yayıb.

Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinin məlumatına görə, 841 Rusiya vətəndaşı qalma müddətini uzatmaq üçün lazımi sənədləri təqdim etməyib və indi ölkəni tərk etməlidir. Bu tədbir İmmiqrasiya Qanununa 2024-cü ilin yayında qəbul edilmiş dəyişikliklərlə bağlıdır.

Yeni status əldə etmək üçün müvafiq ərizə təqdim etmək və latış dili imtahanından uğurla keçmək lazım idi.