BAKI, 18 iyul. TELEQRAF

Polşa ölkə vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu qərarın səbəbi kimi Polşanın Rusiya tərəfindən dost olmayan ölkə elan edilməsi və konsulluq heyətinin azaldılması göstərilib.