BAKI, 17 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın sentyabr ayında Pakistana səfər edəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Əgər səfər təsdiqlənsə, bu, son 20 ildə ABŞ Prezidentinin Pakistana ilk səfəri olacaq", - məlumatda deyilir.
Qeyd edək ki, sonuncu dəfə 2006-cı ildə o vaxtkı Prezident Corc Buş Pakistana rəsmi səfər etmişdi.