BAKI, 17 iyul. TELEQRAF

"ABŞ Ukraynanın uğur qazanması və Rusiyaya təzyiq göstərməsi üçün əlindən gələni etməlidir".

Teleqraf xəbər verir ki, Senatın Respublikaçılar Partiyasının lideri Con Tün Vaşinqtonun Kiyevi uzaqmənzilli raketlərlə təchiz etməli olub-olmaması barədə sualın cavabında deyib.

C.Tün onu da bildirib ki, ABŞ Senatı Prezident Donald Trampdan "yaşıl işıq" alandan sonra Rusiya əleyhinə yeni sanksiyalar barədə qanun layihəsini qəbul etməyə hazırdır.