BAKI, 11 iyul. TELEQRAF

“Amerika rəhbərliyi Braziliya məhsullarına əvvəlcədən elan edilmiş 50 fazilik tarifləri ləğv etməsə, Braziliya avqustun 1-dən ABŞ mallarına rüsumlar tətbiq edəcək”.

Teleqraf xəbər verir ki, bu barədə “Jornal Nacional” qəzetinə müsahibəsində Braziliya lideri Luiz İnasio Lula da Silva məlumat verib.

Dövlət başçısı bildirib: “Əgər ABŞ-dən rüsumların qaldırılması ilə bağlı qərar olmasa, biz avqustun 1-dən qarşılıqlıq prinsipinə keçəcəyik”.