BAKI, 9 iyul. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezident Donald Tramp arasında keçirilən qapalı görüşün bəzi təfərrüatları məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Qeyd olunub ki, görüş 90 dəqiqə çəkib.

Bundan başqa, bildirilib ki, Qətən nümayəndə heyəti də Ağ Evdədir və əsas müzakirə mövzusu İsrail - Həmas arasındakı mümkün atəşkəs razılaşmasıdır. Tərəflər bu məsələ ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə qeyd olunub ki, atəşkəsə əsas maneə İsrailin Qəzzadakı hərəkətləridir.

Mənbə yazır ki, Fələstin tərəfi İsraildən martda dayandığı nöqtəyə qayıtmalarını istəyir. Rəsmi Təl-Əviv isə bunu qəbul etməyib.

Bildirilib ki, müzakirələr bundan sonra da davam edəcək.