BAKI, 7 iyul. TELEQRAF

"Putinlə telefon danışığından sonra çox məyus oldum".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ prezidenti Rusiya lideri Vladimir Putinlə telefon danışığından çox üzüldüyünü bildirib.

O, jurnalistlərlə söhbətində belə deyib.

Eyni zamanda, D.Tramp iyulun 4-də Volodimir Zelenski ilə baş tutan telefon danışığını “yaxşı” adlandırıb və qeyd edib ki, Ukrayna Prezidentini “çox sərt vururlar”.