BAKI, 29 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot LCI telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar artıq yekunlaşmaq üzrədir.