Hörmüz boğazı bağlanarsa, Türkiyə alternativ yollardan istifadə edəcək.
Teleqraf xəbər verir ki, Türkiyənin nəqliyyat naziri Əbdülkadir Uraloğlu belə deyib.
O bildirib: "Dünya neftinin 30%-i Hörmüz boğazından ötürülür. Təbii ki, bu inkişafın Türkiyəyə də təsiri olacaq. Amma biz artıq energetika nazirimizlə məsləhətləşmələr aparmışıq. Türkiyənin alternativləri var: İran, Azərbaycan, Rusiya. Bundan başqa, bizim yanacaq ehtiyatlarını saxlamaq üçün imkanlarımız var".
Ona görə də nazir qeyd edib ki, Ankaranın qısa müddətdə bu istiqamətdə ciddi problemi olmamalıdır.