BAKI, 26 iyun. TELEQRAF
ABŞ-nin İrana qarşı zərbələrinin nəticələri haqqında Amerika kəşfiyyatının ilkin məlumatlarını CNN telekanalına açıqlayan şəxs həbs cəzasına məhkum edilməlidir.
Teleqraf xəbər verir ki, bu bəyanatla Ağ Evin mətbuat katibi Kerolayn Livitt çıxış edib.
Onun sözlərinə görə, CNN-in yaydığı xəbər feyk olub.
"Onlar (CNN jurnalistləri – red.) sızma nəticəsində açıqlanan tamamilə məxfi kəşfiyyat hesabatından parçalar götürüblər", - Livitt əlavə edib.
O bildirib ki, FTB sızmanın mənbəyinin kim olduğunu tapmaq üçün təhqiqat aparır.
"Bu, qanunsuz sızmadır", - Ağ Evin mətbuat katibi əlavə edib.
Günahkarı hansı cəzanın gözləməli olduğu sualına isə Livitt belə cavab verib: "Onu həbs etmək lazımdır".