
BAKI, 25 iyun. TELEQRAF
İsrail ordusunun endirdiyi zərbələr nəticəsində Qəzza zolağında gecə ərzində azı 21 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail aviasiyası Fələstin anklavının şimalında yerləşən Qəzza şəhərində məcburi köçkünlər üçün çadır düşərgəsinə, eləcə də onun mərkəzi ərazilərinə zərbələr endirib.