BAKI, 23 iyun. TELEQRAF

Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İrana dəstək göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Bu, tamamilə İranın nə istəyəcəyindən asılıdır”, – o qeyd edib.

Peskovun sözlərinə görə, Moskva artıq Tehrana vasitəçilik səylərini təklif edib:
“Biz öz vasitəçiliyimizi təklif etdik – bu konkret addımdır. Həmçinin, mövqeyimizi açıq şəkildə bəyan etdik ki, bu da İran tərəfinə dəstəyin mühüm və açıq ifadəsidir".

O əlavə edib ki, bundan sonrakı proseslər İranın konkret ehtiyaclarından asılı olacaq.