BAKI, 22 iyun. TELEQRAF

İsrailin İranın nüvə obyektlərinə hücumları ekoloji fəlakətə səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn deyib.

“İranın nüvə obyektlərinə hücumları fəlakətlərə səbəb olacaq. Bunun nəticələri bütün qonşu ölkələrə yayılacaq” - deyə, F.Hüseyn bildirib.

Hüseyn Yaxın Şərqdə nüvə silahından azad zonanın yaradılması ilə bağlı 1995-ci il Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə İcmal Konfransının qərarlarının həyata keçirilməsinin zəruriliyini xatırladıb.