
BAKI, 22 iyun. TELEQRAF
İran silahlı qüvvələri üçün Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücum İsraildəki hədəfləri vurmaqdan daha asan olardı.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.
Vaşinqtonun münaqişəyə mümkün müdaxiləsindən danışan mənbə qeyd edib: "Biz ABŞ-ni ciddi şəkildə xəbərdar edirik ki, onun münaqişəyə müdaxiləsi Yaxın Şərqdəki maraqlarını təhlükə altına salacaq".