BAKI, 21 iyun. TELEQRAF

Tehran nüvə proqramının dinc xarakter daşımasına zəmanət verməyə hazırdır, lakin onun “sıfırlanmasının” əleyhinədir.

Teleqraf xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla söhbətində bildirib.

O əlavə edib ki, İsrail təcavüzünü davam etdirərsə, İran daha sarsıdıcı zərbələrlə cavab verəcək.