
BAKI, 20 iyun. TELEQRAF
"Rusiya İran və İsrail arasında vasitəçilik missiyasını məcburi şəkildə təklif etmir, lakin zərurət yarandıqda Prezident Vladimir Putin belə bir dəstək göstərməyə hazırdır".
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.
“Prezident Putinin imkanları var və lazım gəldikdə vasitəçilik təklif edə bilər. Lakin bu heç kimə məcburi şəkildə qəbul etdirilmir. Rusiya həm İrana, həm İsrailə, həm də regiondakı digər ölkələrlə münasibətləri vasitəsilə belə xidmətləri təqdim edə bilər. Onun tələb olunub-olunmayacağını isə söyləmək çətindir",- o deyib.
O əlavə edib ki, Rusiyanın mövqeyi vasitəçilik missiyasına hazır olmaqdır, amma bunun zəruriliyi gələcəkdə aydın olacaq.