BAKI, 20 iyun. TELEQRAF

İranın İsrailin cənubundakı Beer-Şeva şəhərinə endirdiyi zərbələr nəticəsində azı 30 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin KİV-i məlumat yayıb.

"Beer-Şeva vuruldu, yaşayış binalarına, avtomobillərə ciddi ziyan dəyib", - məlumatda deyilir.

“The Times of Israel” İranın ballistik raketin şəhərə düşdüyünü yazır.