BAKI, 19 iyun. TELEQRAF

İsrail 60 döyüş təyyarəsinin köməyi ilə bir neçə saat ərzində Tehrandakı 20-dən çox hərbi obyekti vurub.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

***

18 iyun, 23:07

Bu gün İsrail İranın paytaxtı Tehranda yerləşən polis idarəsinə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, sosial şəbəkələrdə bu barədə məlumat və görüntülər yer alıb.

22:44

İsrail ordusu İrana bu gün üçün üçüncü hava hücumu dalğasının başladığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin bildirib.

O deyib: "Zərbələrin üçüncü dalğası bir müddət əvvəl başlayıb və İranın qərb hissəsinə yönəlib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr buraxılış qurğuları və "yer-yer" raketləri olan anbarların üzərindən uçur. Qırıcılar əvvəllər vurulmuş obyektlərə yenidən daxil olmağa, oradan döyüş sursatlarını çıxarmağa çalışan hərbçiləri hədəfə alır".