
BAKI, 18 iyun. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun rəhbəri və xeyriyyəçi Samvel Karapetyanı “fırıldaqçı” və "dələduz" adlandırıb.
Teleqraf xəbər verir ki, baş nazir Karapetyanın evində və iş yerində axtarışların aparılması ilə bağlı məlumatı şərh edərkən deyib: "O deyir ki, biz öz üsulumuzla proseslərə müdaxilə edəcəyik. İndi mən öz yolumla sizə müdaxilə edirəm, dələduz".
İyunun 17-də axşam Samvel Karapetyan Ermənistanda saxlanılıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki , Moskva Ermənistanda Karapetyanla bağlı vəziyyəti diqqətlə izləyir.