BAKI, 17 iyun. TELEQRAF
"Milli Qvardiyanı Los-Ancelesə yeritməsəydim, şəhər tamamilə dağılacaqdı".
Teleqraf xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
D.Tramp deyib: "Bu addım atılmasaydı, Los-Anceles yanıb külə dönəcəkdi”.
O, həmçinin qeyd edib ki, bununla o, "ABŞ tarixinin ən pis qubernatorlarından biri olan" Kaliforniya qubernatoru Gevin Nüsoma yaxşılıq edib.
"Mən Milli Qvardiyanı Los-Ancelesə yerləşdirməsəydim, şəhər indi yanıb kül olardı", - Ağ Evin rəhbəri vurğulayıb.