BAKI, 17 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Steven Uitkoff və vitse-prezident Cey Di Vensə bu həftə İran nümayəndələri ilə görüşməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The New York Times" məlumat yayıb.
Qeyd olunur ki, görüş baş tutarsa, İranı böyük ehtimalla xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.
"CNN" də xəbər verib ki, Ağ Ev rəhbəri öz komandasına İran rəsmiləri ilə tez bir zamanda görüşü təşkil etməyi tapşırıb.
"Washington" isə yazır ki, İran rəsmiləri vasitəçilərə ABŞ-la danışıqları bərpa etməyə hazır olduqlarını, lakin ilk növbədə İsrailin hücumlarını dayandırmasını istədiklərini bildiriblər.