BAKI, 17 iyun. TELEQRAF

Kiyev bu gecə böyük raket və dron hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, 14 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilir.

İlkin məlumatı Kiyev Şəhər Hərbi Administrasiyası verib.

Hava hücumu nəıticəsində yaşayış binaları dağılıb, yataqxanaya və nəqliyyat infrastrukturuna ziyan dəyib.

Paytaxtda güclü tüstü görünməkdədir.

Kiyevin Solomenski rayonundan bir binanın bütöv bir hissəsi uçub.

Odessa da bu gecə pilotsuz təyyarələrlə vurulub. Şəhərin mərkəzində ciddi dağıntılar var.

13 yaralı xəstəxana yerləşdirilib. Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir.

***

06.00

Kiyevdə güclü partlayışlar və yanğınlar olub, aeroporta ziyan dəydi.

Bu gecə Rusiya ordusu Ukraynanın paytaxtında bir neçə hərbi obyektə dron və raketlərlə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna saytları məlumat yayıb.

İlkin məlumata görə, Kiyevin cənub-qərbindəki Solomenski rayonundakı Julyanı aerodromuna ciddi ziyan dəyib. Bu ərazidə bir neçə buraxılış qurğusu və Patriot zenit-raket kompleksinin digər elementləri yerləşirdi. Hazırda obyektin yaxınlığında güclü yanğın müşahidə olunur.