BAKI, 17 İYUN. TELEQRAF

İran İsrailin Nevatimdəki aviabazasına və hərbi - tədqiqat bazalarının yerləşdiyi Negev səhrasına qanadlı raketlər atıb.

Teleqraf xəbər verir ki, məlumatı "Mash" teleqram kanalı yayıb.

***

01.02

İran İsrailə 140-dan çox pilotsuz uçan aparatı buraxıb.

Teleqraf xəbər verir ki, məlumatı ILNA xəbər agentliyi yayıb.

Daha sonra isə İran eyni vaxtda İsraildəki hədəfləri vurmaq üçün raketlər atacaq.

***

00.30

İran ordusu rəhbərliyi hücumun səhər saatlarınadək davam edəcəyini bildirib.

Teleqraf xəbər verir ki, məlumatı "NourNews" yayıb.

***

16 iyun, 23.53

İranın İsrailə qarşı raket zərbələrinin yeni dalğası başlayır.

Teleqraf xəbər verir ki, məlumatı Tasnim yayıb.