BAKI, 17 iyun. TELEQRAF

Hamı təcili Tehranı tərk etməlidir.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında belə yazıb.

O qeyd edib: "İran söylədiyim müqaviləni imzalamalı idi. Nə qədər böyük biabırçılıq və nə qədər insan həyatı boş yerə məhv oldu. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal boşaltmalıdır!"

***

16 iyun, 22.00

ABŞ öz vətəndaşlarına İranı dərhal tərk etmələri ilə bağlı xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat yerləşdirilib.

Qeyd edək ki, Rusiya artıq 324 vətəndaşını İrandan təxliyə edib.