BAKI, 16 iyun. TELEQRAF

İran dövlət televiziyasına İsrailin hava hücumu nəticəsində ölənlərin sayı üç nəfə çatıb.

Teleqraf xəbər verir ki, məlumatı Fars agentliyi yayıb.

***

02.13

İran dövlət televiziyasının xanım əməkdaşı İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olub.

Teleqraf xəbər verir ki, məlumatı Fars agentliyi yayıb.

***

16 iyun, 21.36

İran dövlət televiziya mərkəzinin binası İran hərbçiləri tərəfindən rabitə mərkəzi kimi istifadə edildiyi üçün hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti rəsmi "Telegram" kanalında bildirib.

O bildirib: “Bina mülki fəaliyyət adı altında İran silahlı qüvvələri tərəfindən istifadə edilib, televiziya mərkəzinin infrastrukturu və aktivlərinin hərbi məqsədlər üçün istifadəsi gizlədilib”.

İDF-nin məlumatına görə, hücum “İran silahlı qüvvələrinin hərbi potensialına birbaşa ziyan vurub”.

Məlumatda həmçinin qeyd olunur ki, hücum zonasında vətəndaşlara qarşıdan gələn hücumla bağlı xəbərdarlıqlar göndərilib.

***

21.15

İran dövlət televiziya və radio şirkətinin bir neçə əməkdaşı İsrailin hücumu nəticəsində yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat verib.

Dövlət televiziya və radio şirkətinin siyasi informasiya şöbəsinin rəhbəri Həsən Abedini bildirib ki, binada yanğın söndürülür, bir neçə işçi xəsarət alıb.

İranın dövlət televiziyasının qərargahına hücum iyunun 16-da canlı yayım zamanı baş verib. Hücum anında teleaparıcı Səhər Emami çəkilişlərin aparıldığı studiyanı tərk edib. Hücumdan bir neçə dəqiqə sonra o, havaya qayıdıb və İsrail ordusundan ikinci zərbəni endirməyi xahiş edib.