Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonda danışıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin adminstrasiyası yayıb.
R.T.Ərdoğan və D.Tramp İsrail-İran münaqişəsini müzakirə ediblər.
Türkiyə liderinin ofisindən bildirilib: "Telefon danışığı zamanı İsrail-İran münaqişəsi, regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan bildirib ki, Türkiyə İran və İsrail arasındakı gərginliyi yaxından izləyir və davam edən nüvə danışıqlarını mübahisənin həllinin yeganə yolu kimi görür".
Türkiyə Prezidenti deyib ki, Ankara gərginliyin nəzarətsiz artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazırdır.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyə “ABŞ-ın mübahisəli məsələlərin həlli üçün nüvə danışıqlarının davam etməli olduğu fikrini dəstəkləyir”.