BAKI, 14 iyun. TELEQRAF.

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə ilə əlaqədar təhlükəsizlik tədbirləri sazişinin əhatə etmədiyi nüvə obyektlərində MAQATE-nin monitorinqini dayandıra bilər.

Teleqraf xəbər verir ki, bunu İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi deyib.

O, dövlət televiziyasına açıqlamasında bildirib: “Təminatlar haqqında saziş çərçivəsindən kənara çıxan bütün monitorinqlər dayandırılmalıdır”.

İ.Əzizinin sözlərinə görə, komitə üzvləri İran rəsmilərinə məktub hazırlayıblar və orada respublikanın nüvə obyektlərində MAQATE-nin yoxlamalarının məhdudlaşdırılmasının vacibliyini vurğulayıblar.