BAKI, 13 iyun. TELEQRAF

İranın Mülki Aviasiya Təşkilatı Tehranın İmam Xomeyni hava limanında fəaliyyətini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Məlumatda deyilir: “İmam Xomeyni hava limanında heç nə baş verməyib, lakin Mülki Aviasiya Təşkilatı vəziyyətə aydınlıq gətirənə qədər uçuşları dayandırır”.