BAKI, 13 iyun. TELEQRAF
İsrailin İrana zərbələri ABŞ-nin xəbəri və koordinasiyası olmadan həyata keçirilə bilməzdi.
Teleqraf xəbər verir ki, İran XİN-in bəyanatında belə deyilir.
Bildirilir ki, ABŞ baş verənlərə görə məsuliyyət daşıyır.
***
06:43
Tehran ABŞ-nin İsrailin İrana zərbələrinə şərik olduğunu düşünür.
Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü bildirib.
***
04:58
ABŞ-nin İrana endirilən zərbələrlə heç bir əlaqəsi yoxdur.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun prioriteti regionda Amerika qüvvələrinin müdafiəsi olaraq qalır.