BAKI, 11 iyun. TELEQRAF.

Los-Anceles meri Karen Bass şəhərin mərkəzində baş verən iğtişaşlar səbəbindən fövqəladə komendant saatı elan edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə rəsmi mətbuat konfransında bildirib.

K.Bassın sözlərinə görə, komendant saatı axşam saat 8-dən çərşənbə axşamı səhər 6-ya qədər qüvvədə olacaq. O, bu tədbirin yalnız bir kvadrat mil əraziyə aid olduğunu, şəhərin ümumi sahəsinin isə 502 kvadrat mil olduğunu vurğulayıb.

Bundan əlavə, jurnalistlərlə keçirdiyi mətbuat konfransında Bass bildirib ki, zorakılıq davam edərsə, hakimiyyət orqanları sərt reaksiyanı nəzərdən keçirir.

***

04.27

ABŞ-nin etirazlara bürünən Los-Anceles şəhərinin (Kaliforniya) meri Karen Base şəhərin mərkəzində komendant saatının tətbiq olunacağını istisna etməyib.

Teleqraf xəbər verir ki, o, mətbuat konfransında belə deyib.

Mer bildirib: "Biz komendant saatı tətbiq etmək imkanını nəzərdən keçiririk, zorakılıq davam edərsə, daha sərt tədbirlər görüləcək".

Mer əlavə edib ki, komendant saatının şəhərin bütün ərazilərinə tətbiqinə ehtiyac görmür və yerli hakimiyyət orqanları hələlik yekun qərar qəbul etməyib.

Bununla belə, bir çox media orqanları hazırda Los-Ancelesdə nisbi sakitlik yarandığını və etirazçıların dağılışdığını bildirir.