BAKI, 10 iyun. TELEQRAF
İran İsrailin Qəzzada apardığı müharibə ilə bağlı davam edən danışıqlarda iştirak edir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Qəzza hazırda ABŞ, HƏMAS və İsrail arasında davam edən böyük danışıqlar prosesinin mərkəzindədir, İran da bu prosesə cəlb olunub”, - Tramp deyib.
Bununla belə, Tramp İranın danışıqlarda hansı rolu oynadığını açıqlamayıb.
“Qəzza ilə bağlı nə olacağını görəcəyik. Biz girovların geri qaytarılmasını istəyirik. Sizə deyə biləcəyim budur”, - Ağ Ev rəhbəri əlavə edib.