BAKI, 8 iyun. TELEQRAF

ABŞ-nin gömrük rüsumları ilə bağlı ticarət siyasəti bir il ərzində Almaniyada 90 min iş yerinin itirilməsi ilə nəticələnə bilər.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniyanın Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nales bildirib.

"Problem vəziyyətin proqnozlaşdırıla bilməməsi ilə bağlıdır. Bu, bizə böyük ziyan vurur: bu, şirkətləri investisiya qoymaqdan, işçi götürməkdən və kadr hazırlamaqdan çəkindirir", - o deyib.

Almaniyanın Federal Məşğulluq Agentliyinin rəhbəri vurğulayıb ki, "ABŞ-nin qeyri-sabit ticarət siyasəti Almaniyanın əmək bazarı üçün yükdür".