BAKI, 3 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanını saxlayır.

Teleqraf “Fox News”a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levit brifinqdə bildirib.

"O, bunu ehtiyat alət kimi özündə saxlayır", - o deyib.

Ağ Evin rəsmisinin sözlərinə görə, Tramp hələ də Rusiya və Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həll olunacağına ümid edir. O, danışıqlar zamanı tərəflərin əldə etdiyi tərəqqini alqışlayır. "Ötən il bu vaxt Rusiya və Ukraynanın birbaşa danışıqlar aparmasını təsəvvür etmək mümkün deyildi və yalnız prezident Trampın bu müharibəni dayandırmaq üçün israrlı və qətiyyətli səyləri sayəsində iki tərəf arasında dünən görüş baş tutdu”, - Levit əlavə edib.