BAKI, 2 iyun. TELEQRAF
ABŞ senatorları Lindsi Qrem (Respublikaçı) və Riçard Blumental (Demokrat) G7 sammitinə qədər Rusiyanın enerji resurslarını idxal edən ölkələrə qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul etməyi planlaşdırdıqlarını açıqlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Parisdə Fransa rəsmiləri ilə danışıqların yekunlarına dair birgə bəyanatına istinadən məlumat yayıb .
Apreldə təqdim edilən layihə Rusiyadan neft, neft məhsulları, qaz və uran alan ölkələrdən idxala 500% rüsum tətbiq etməyi təklif edir.
Nəşr senatorların sözlərindən sitat gətirir: “Biz G7 sammitinə qədər Avropa ilə razılaşdırılaraq sanksiyalar tətbiq etməyə ümid edirik”.
Təşəbbüsün müəllifləri onu Konqresin yuxarı palatasının 82 üzvü tərəfindən dəstəkləndiyini iddia edirlər.
G7 sammiti iyunun 15-dən 17-dək ABŞ, Kanada , Fransa , Almaniya , İtaliya , Yaponiya və Böyük Britaniyanın iştirakı ilə keçiriləcək .