BAKI, 2 iyun. TELEQRAF
Türkiyənin İstanbul şəhərində İsrailin Qəzzaya qarşı artan hücumlarını pisləyən yürüş keçirilib.
Teleqraf xəbər verir ki, yürüş həmçinin İsrailin “Mavi Marmara” gəmisinə hücumunun 15-ci ildönümünə həsr olunub.
Xatırladaq ki, 2010-cu ilin 31 may tarixində “Mavi Marmara” gəmisi fələstinlilərə hümanitar yardım çatdırmağa çalışan beynəlxalq humanitar donanmanın tərkibində Qəzzanın İsrail tərəfindən blokadasını yarmağa çalışıb. Nəticədə, Türkiyə bayrağı altında hərəkət edən gəmi İsrail komandoslarının hücumuna məruz qalıb və yaranmış qarşıdurma nəticəsində gəmidə olan 10 fəal həlak olub.
İldönümü həmçinin Azadlıq Flotiliyası Koalisiyasının Qəzzaya yeni bir missiyasının başlanması ilə əlamətdar olub. Bu missiyada iştirak edən könüllülər arasında məşhur isveçli ekologiya aktivisti Qreta Tünberq də var.
HER ADIM GAZZE VE KUDÜS IÇIN
— Open Rafah (@openrefah) June 1, 2025
170. Nöbetimizde Fatih Camii'nden Ayasofya Camiisine yürüdük.#openrafah pic.twitter.com/ShdDgmRck8