BAKI. 1 iyun. TELEQRAF
Fransa hökuməti Çempionlar Liqasının finalında Parisin "Paris Saint-Germain" (PSJ) futbol klubunun qələbəsindən sonra ölkəni bürümüş iğtişaşlarda iştirak edənləri ciddi şəkildə cəzalandıracaq.
Teleqraf xəbər verir ki, bunu ölkə prezidenti Emmanuel Makron bildirib.
Fransa prezidentinin sözlərinə görə, son iğtişaşların futbolla heç bir əlaqəsi yoxdur.
Makron hüquq-mühafizə orqanlarına və kommunal xidmət işçilərinə gördüyü işlərə görə təşəkkür edib.
Mayın 31-i axşam saatlarında Çempionlar Liqasının finalında PSJ İtaliya "İnter"ini 5:0 hesabı ilə məğlub edib.
PSJ UEFA Çempionlar Liqasının ilk qalibi və 1993-cü ildən bu yana turniri qazanan ikinci Fransa klubu oldu.
Final fitindən dərhal sonra Yelisey küçələində iğtişaşlar baş verib.