BAKI, 31 may. TELEQRAF
Rusiya Böyük Britaniya üçün ciddi təhlükədir.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, Rusiyanın ciddi təhlükə olması, Birləşmiş Krallığın 2 iyunda təqdim edilməsi gözlənilən müdafiə məsələləri üzrə strateji icmalında yer alacaq.
130 səhifəlik sənəddə Rusiya Böyük Britaniya üçün "birbaşa və ciddi təhlükə" sayılacaq. Sənəddə Çin də qeyd ediləcək, lakin bu dövlət təhlükə kimi deyil, "mürəkkəb və uzunmüddətli problem" kimi təsnif ediləcək. Nəşrin məlumatına görə, Çin və KXDR "regional pozucular" adlandırılacaq.
Strateji icmalda həmçinin Böyük Britaniyanın "təhdidlərin yeni dövrü" ilə üzləşdiyi əks olunacaq. Qeyd olunur ki, bu dövrdə PUA-lar, süni intellekt və digər texnoloji nailiyyətlər döyüş əməliyyatlarının aparılması üsullarını tarixdə heç vaxt olmadığı qədər dəyişdirir.