BAKI, 26 may. TELEQRAF
Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” ABŞ Prezidenti Donald Trampın bəyanatına istinadən məlumat yayıb.
Dövlət başçısı deyib ki, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir. Tramp Rusiyanın bu yaxınlarda Ukrayna hədəflərinə kütləvi zərbə endirməsindən narazı olduğunu bildirib.