BAKI, 23 may. TELEQRAF

Rəsmi Moskva Ukraynada hərbi əməliyyatların dayandırılmasına razılaşmazsa, yaxın zamanda Rusiyaya qarşı yeni sanksiyalar təsdiqlənəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Senatında çoxluq təşkil edən respublikaçıların lideri Con Tyun bildirib.

"Əgər Rusiya ciddi diplomatiya ilə məşğul olmaq istəməsə, Senat Tramp administrasiyası ilə birlikdə əlavə sanksiyaları nəzərdən keçirəcək", - Tyun deyib.

Onun sözlərinə görə, yeni məhdudiyyətlər Rusiyanı danışıqlara məcbur edə bilər.