BAKI, 21 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yanvarda buraxılmağa başlanılan “Trump” tokenindən ticarət komissiyaları şəklində $324,5 milyon ABŞ dollarından çox gəlir əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə “Newsmax” telekanalı məlumat yayıb.

Məlumata görə, ən çox token sahibi olan 200 nəfərin mayın 22-də Vaşinqtonda Trampla nahar yeməyinə dəvət olunacağı ilə bağlı xəbərdən sonra kriptovalyutanın qiymətində artım qeydə alınıb.

Hazırda kriptovalyuta 14,49 ABŞ dollarına ticarət olunur, siyasətçinin 22 yanvar tarixli inauqurasiyasından dərhal sonra isə qiymət 44,28 ABŞ dollarına çatmışdı.