
BAKI, 20 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi Moskva ilə dialoqun dayandırılmasına səbəb olacaq.
Teleqraf “Fox News” istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı deyib.
"Əgər indi sanksiyalarla hədələməyə başlasaq, ruslar danışmağı dayandıracaqlar. Bizim üçün onlarla danışmaq və onları danışıqlar masasına gətirmək imkanına sahib olmaq faydalıdır", - o, Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi ilə bağlı sualı cavablandırarkən bildirib.